Sultan Murad
Sultan

Sultan Murad

The basics
Quick facts
Intro
Sultan
Gender:
Male
Work field:
Birth:
31 July 1490
Death:
1518(Şanlıurfa)
Family:
Biography menu
Menu

Jump to

Introduction Həyatı Hakimiyyəti Hakimiyyətdən getməsi Ailəsi
The details
Biography

Introduction

Əbül Müzəffər Sultan Murad — Ağqoyunlu hökmdarı, Uzun HəsənI Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı.

Həyatı

31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.

Hakimiyyəti

Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.

Hakimiyyətdən getməsi

21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi. Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı. Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi. 1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.

Ailəsi

Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı Bəyli xatunla evlənmişdi. 1518-ci ildə Urfada öldümüşdür. Övladları:

  • Yaqub bəy Bayandur
  • Həsən bəy Bayandur