

Introduction
İbrahim Ramiz oğlu Babayev (tam adı: İbrahim Ramiz oğlu Babayev d. 08 sentyabr 1997, Bakı) — tarzən, bəstəkar.
Həyatı
İbrahim Babayev 8 sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə ingilis təmayüllü 16 saylı Texniki-Humanitar liseyi bitirib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib. Musiqi təhsilinə Fikrət Əmirov adına 6 nömrəli uşaq incəsənət məktəbinin pianino sinfində başlamış, 2012-ci illdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin “XÇA” (tar) ixtisası üzrə təhsilini davam etdirmişdir. 2016-2020 ci illərdə Azərbaycan Milli Konservatoriyasının “İfaçılıq fakultəsi”nin Xalq Çalğı Alətləri (Tar) ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasında magistr təhsili almışdır.
Fəaliyyəti və nailiyyətləri
- 2023-cü ildə Albaniyada Azərbaycan mədəniyyət həftəsi çərçivəsində konsert proqramı ilə çıxış etmişdir
- 2023-cü ildə Şuşada keçirilən Vaqif Poeziya günləri layihəsi çərçivəsində "Elektron Muğam" konserti ilə çıxış etmişdir
- 2023-cü ildə Səudiyyə Ərəbistanında İslam İncəsənəti Biennalesi çərçivəsində “Azərbaycan musiqisi” adlı multimedia konserti ilə çıxış etmişdir
- 2022-ci il 19 apreldə Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert programı ilə çıxış etmişdir
- 2022-ci ildə 7 trekdən ibarət bəstələri və aranjemanları özünə aid "vİBrant" albomunu yayımlamışdır
- 2012-ci ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Gənc ifaçıların II Respublika müsabiqəsi”ndə I yerə layiq görülüb.
- 2013-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən“Milli musiqi alətləri ifaçılarının Bülbül adına II Respublika müsabiqə”sində I yerə layiq görülüb.
- 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Respublika müsabiqəsində I dərəcəli diplomla təltif olunub
- 2014-2019 illərdə AZTV nin "Xatirə" ansamblında çalışıb
- 2015-ci ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən “American Protegée İnternational Competition” beynəxalq müsabiqəsində I yerə layiq görülüb.
- 2016-cı il fevral ayının 2-si Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “İlin Gənci” seçilib.
- 2016-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən 12 ölkə 405 musiqiçinin iştirak etdiyi “Ana Yurdun Ahəngləri” II Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.
- 2017-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən“İlin Gənci” mükafatına layiq görülüb.
- 2017-ci ilin mart ayında İtaliya-Azərbaycan birgə layihəsi olan Del Festival-Concorso Internazionale Delle Arti "Testene Art Baku" beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.
- 2017-ci ilin may ayında “Rodniki-Duşi” Moskva Müsabiqəsində yüksək səviyyədə çıxışıma görə I yerə layiq görülüb.
- 2017-ci il may ayının 3-ü qədimlik, klassika, müasirliyin təcəssümü olan “Musiqili səyahət” adlı solo konserti baş tutmuşdur.
- 2017-ci ilin 14-22 oktyabr tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində “Gənclərin və tələbələrin XIX "Ümumdünya Festivalı”ında iştirak etmişdir.
- 2017-ci il 28 dekabr tarixində Yarat Müasir İncəsənət Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş solo konserti ilə çıxış edib.
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümümmilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə keçirilmiş gənclərin yaradıcılıq görüşündə uğurlu iştirakına görə fəxri fərmanla təltif olunub.
- 2018-ci ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində beynəlxalq festivalda çıxış etdib.
- 2019-cu ilin may ayının 6-8 tarixlərində Bakıda keçirilən Beynəlxalq Jazz Festivalında təşkil olunmuş konsert proqramındaçıxış edib
- 2019-ci ildə BƏƏ Abu-Dabi şəhərində "Mugham Souls" qrupu ilə konsert proqramında çıxış edib.
- 2019-cu ildə Bəhreyndə keçirilən beynəlxalq festivalda Azərbaycan Respublikasının əməkdar artisti Qoçaq Əsgərovla birgə konsert proqramında çıxış etmişdir.
- 2019-cu ilin noyabr ayında Belarusiya respublikasının Brest şəhərində keçirilən “Azərbaycan gəncləri günü” adlı konsert proqramının iştirakçısı olub.
- 2017-ci ildən birgə çalışdığı əməkdar artist Qoçaq Əsgərov və tanınmış fransız musiqiçi Pierre De Tregomain ilə muğam-caz konsertlərində çıxış edib.
- Estoniyalı musiqiçi kannel ifaçısı Kristi Mühling ilə “Mystic” adlı əsəri duet ifa edərək dünya premyerasını səsləndirmişlər.
- 2019-cu ildən prodüser Rəşadət Fərzəliyevlə birgə yeni proyektlər üzərində çalışmalara başlamışdır.
- 2020-ci ildə “The Portrait” adlı ilk albomu və klipini yayımlayıb.
Diskoqrafiya
Albomlar
| Tarix | Albom | İfaçılar | Keçidlər |
|---|---|---|---|
| 2022 | vİBrant | İbrahim Babayev (ft. Sevda Ələkbərzadə, Qoçaq Əsgərov, Elnur Mikayılov, Məqsəd Əzizov, Vüsal Aydəmirov, Rəşadət Fərzəliyev | Beatport, Spotify |
| 2017 | Mugham Souls | Qoçaq Əsgərov, Pierre de Tregomain, İbrahim Babayev, Elnur Mikayılov, Kamran Kərimov | Itunes, Spotify, Youtube |
| 2020 | The Portrait | İbrahim Babayev | Itunes, Spotify |
| 2020 | Tar & Piano (instrumental cover) | İbrahim Babayev, Rəşadət Fərzəliyev | Itunes, Spotify, Youtube |
| 2020 | Live in Baku 2020 | İbrahim Babayev (ft. Vüsal Aydəmirov, Pərviz Məmmədov, Vəfadar Ramiz) | Itunes, Spotify, Youtube |
Sinqllar
| Tarix | Sinql | İfaçılar | Keçidlər |
|---|---|---|---|
| 2022 | Mavera | İbrahim Babayev, Anıl Ulusoy | Itunes, Spotify, Youtube |
| 2021 | Rekviyem | İbrahim Babayev, Vüsal Aydəmirov | Itunes, Spotify, Youtube |
| 2021 | Raindrops | İbrahim Babayev | Itunes, Spotify, Youtube |
Kliplər
| Tarix | Klip | Keçidlər |
|---|---|---|
| 2022 | Mugam + | Youtube |
| 2022 | Searching | Youtube |
| 2021 | Walking | Youtube |
| 2019 | The Portrait | Youtube |
| 2020 | Elə demə zalım yar | Youtube |
| 2021 | Rekviyem | Youtube |