

Introduction
Şıxəliyev Emin Arif oğlu (8 avqust 1975(1975-08-08), İliç rayonu, Naxçıvan MSSR) — Azərbaycan alimi, tarix elmləri doktoru.
Həyatı
8 avqust 1975-ci ildə Naxcıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. 1982 – 1992-ci illərdə Şərur rayon Yenikənd (sonradan Şəhid Məmməd) (hal-hazırda Danyeri) kəndində Şah İsmayıl Xətayi adına 1 saylı orta məktəbdə oxumuşdur. 1992-ci ildə Turkiyə Cumhuriyyəti Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakultəsinə daxil olmuş və 1 il turkcə hazırlıq kursu kecmişdir.
1998-ci ildə tarix ixtisası uzrə Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakultəsindən məzun olduqdan sonra eyni tarixdə Ankara Universiteti Sosial Elmlər İnstitutunun “Ümumi Türk Tarixi” ixtisası uzrə magistraturasına daxil olmuş, 2000-ci ildə buranı bitirmişdir. 2000-ci ildə yenə Ankara Universiteti Sosial Elmlər İnstitutunun “Ümumi Türk Tarixi” ixtisası uzrə doktoranturasına daxil olmuş, 2004-cu ildə “Azərbaycan-Ermənistan münasibətlərində Rusiya və İran faktoru” movzusunda fəlsəfə doktorluğu dissertasiyasını mudafiə etmişdir.
13 may 2004-cu ildə Tarix ixtisası uzrə Turkiyə Respublikası Ankara Universiteti Sosial Elmlər İnstitutu tərəfindən alimlik dərəcəsinə layiq gorulən 1456 №-lu diplom Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 noyabr 2007-ci il tarixli (protokol № 35 – k) qərarı ilə təsdiqlənmiş və Emin Arif oğlu Şıxəliyevə tarix üzrə fəlsəfə (tarix elmləri namizədi) elmi dərəcəsi verilmişdir.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyun 2012-ci tarixli (protokol № 21 – k) qərarı ilə Emin Arif oğlu Şıxəliyevə "Vətən tarixi" ixtisası üzrə dosent elmi adı verilmişdir.
6 oktyabr 2018-ci ildə isə "Ermənistanın Azərbaycana təcavüzü geosiyasi maraqların toqquşması kontekstində" mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası Naxcıvan Bolməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun "Qafqaz tarixi" şobəsinin mudiri vəzifəsində calışan tarix üzrə elmlər doktoru, dosent Emin Arif Şıxəliyev eyni zamanda Naxcıvan Dovlət Universiteti Beynəlxalq Munasibətlər və Xarici Dillər fakultəsində “Beynəlxalq munasibətlər tarixi” fənnini də tədris etməkdədir. 7 monoqrafiya və 2 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir. Türkiyədə, İranda, Rusiyada, Almaniyada keçirilən elmi konfransların iştirakçısı olmuş, eyni zamanda İngiltərənin Milli Arxivlərində (The National Archives of United Kingdom) elmi araşdırmalar aparmışdır. Evlidir, 2 ovladı var.
Monoqrafiya və kitabları
- Turkiye ve Azerbaycan acısından Ermeni sorunu. Ankara: Turk Kultur ve Eğitim Norm Geliştirme Vakfı, 2002, 231 s.
- Kafkasya jeopolitiğinde Rusya, İran, Turkiye rekabetleri ve Ermeni faktoru. Ankara: Naturel yayıncılık, 2004, 378 s.
- Erməni iddialarının siyasi mahiyyəti. Bakı: Nurlan, 2006, 187 s.
- Ermənistan-Azərbaycan munaqişəsi sivilizasiyalararası munasibətlər kontekstində. Bakı: Elm və Təhsil, 2011, 324 s.
- İngiltərənin geosiyasi maraqlarında "erməni məsələsi"nin yeri və Azərbaycana təsiri (1917-1920). (Böyük Britaniyanın axiv materialları əsasında). Naxçıvan: Əcəmi, 2016, 144 s.
- Müasir səlib yürüşlərinin hədəfi: Terrorizm yoxsa İslam?!. Naxçıvan: Əcəmi, 2017, 168 s. http://www.e-kitab.ameanb.nmr.az/Az/KitabEtrafli.aspx?id=52376
- Böyük Güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri. Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2017, 300 s. (həmmüəlliflər İ.Hacıyev, E. Şıxəliyev, E.Cəfərli, M.Şabanov).
- Geosiyasi maraqların toqquşması kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Naxçıvan: Əcəmi, 2018, 384 s. http://www.e-kitab.ameanb.nmr.az/Az/KitabEtrafli.aspx?id=59208
- Müasir səlib yürüşlərinin hədəfi: Terrorizm yoxsa İslam?!. (təkmilləşdirilmiş ikinci nəşr). Naxçıvan: Əcəmi, 2019, 152 s.
- Yeni Dünya Nizamı və onun mahiyyəti. Naxçıvan: Əcəmi, 2020, 200 s.