Sevil Alijev
дочь Гейдара Алиева

Sevil Alijev

The basics
Quick facts
Intro
дочь Гейдара Алиева
Gender:
Female
Work field:
Birth:
12 October 1955(Baku)
Family:
Biography menu
Menu

Jump to

Introduction Həyatı Ailəsi
The details
Biography

Introduction

Sevil Heydər qızı Əliyeva — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, Bəstəkar, Space Televiziyasının qurucusudur. Londonda yaşayır.

Həyatı

Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır.

1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirmişdir.

1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdur.

1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmişdir. Tarix elmləri namizədidir.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur.

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.

1990-cı illərin birinci yarısından həm də fəal içtimaiyyətçi, müstəqil Azərbaycanda qadın hərəkatının təşkilatçılarından biri kimi fəaliyyət göstərmişdir.

1995-ci il iyunun 30-da Azərbaycan Qadınlar Məclisinin sədri olmuşdur.

Ailəsi

Sevil Alijev
Sevil Əliyeva ailəsi ilə

Ailəlidir, 3 övladı var.